Giorgi Kvirikaşvilinin Bakıya rəsmi səfəri gözlənilir

  • By admin
  • 29 Avqust 2016 22:20

4112183964c5bddc268910b2a18dce94

Yaxın günlərdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Bakıya rəsmi səfəri gözlənilir.

Gununsesi.info-nun APA-nın Gürcüstan bürosuna istinadən məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu gün keçirilən görüşündə qeyd olunub.Gürcüstan hökumətindən bildirilib ki, tərəflər iki ölkənin strateji əməkdaşlığını müzakirə ediblər.

Hökumətin mətbuat xidmətindən bildirilib ki, söhbət zamanı Gürcüstan və Azərbaycanın siyasi, mədəni, ticarət-iqtisadi və enerji sahəsində perspektivlərinin dərinləşdirilməsinə toxunulub.

Giorgi Kvirikaşvili  ilə Elmar Məmmədyarov Gürcüstan və Azərbaycanın birgə həyata keçirdikləri regional əhəmiyyətə malik irimiqyaslı enerji layihələrinin iqtisadi inkişaf və təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Gununsesi.info