Girov götürülən Azərbaycan vətəndaşı azad edilib

  • By admin
  • 22 Avqust 2016 15:11
girov
Azərbaycan vətəndaşı, Ağdaş rayon  sakininin Moskvada girov götürülməsi faktının bəzi detalları məlum olub.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki,  Ağdaş rayonu Şəkili kənd sakini Mədinə Həsənova polisə müraciət edərək, oğlunun Moskvada girov götürüldüyünü, onun azadlığa buraxılması üçün 10 min manat tələb olunduğunu bildirib.
 
Pulu tələb edən şəxslər qadına Moskvadan zəng ediblər. M. Həsənova isə tələb olunan məbləği Moskvaya göndərmək imkanı olmadığını deyərək, pulu öz evində verə biləcəyini deyib. Bundan sonra qadın polisə məlumat verib.  
 
Evinə pulu almağa gələn 4 nəfər isə polis tərəfindən saxlanılıb.
 
Məlumatda o bildirilib ki, Moskvada girov götürülmüş şəxs artıq azadlığa buraxılıb.
Gununsesi.info