Girovlardan xəbər var

  • By admin
  • 27 May 2016 16:22

 Girovlar

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

 

Gununsesi.info xəbər verir ki,bu barədə Modern.az saytına qurumun Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O qeyd edib ki, başçəkmə mayın 23-də gerçəkləşib:

“Qırmızı Xaç Komitəsinin əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar”.

 

Onların sağlamlıq durumuna gəlincə İ. Hüseynova deyib ki, qurum tərəfindən bu barədə ictimaiyyətə məlumat açıqlanmır.

 

2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Dağlıq Qarabağda qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Gununsesi.info