
“197 nəfər Xocalı sakini itkin düşmüş kimi qeydiyyatdadır”.
Gununsesi.info xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, həmin 197 nəfərdən 95-in əsir və girov götürülməsi barədə şahid ifadələri mövcuddur, onların arasında 12 uşaq var.
İ. Axundov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3868 nəfər azərbaycanlı itkin düşmüş kimi qeydiyyatdadır: “Girovluqdan azad edilmiş 1437 nəfərin arasında 210 uşaq olub. Tərəfimizdən aparılmış araşdırmalar nəticəsində isə 179-dan çox naməlum qəbir aşkarlanıb. Bunlar şəhid məzarlarıdır. Həmin məzarlarda gələcəkdə eksqumasiya aparılacaq”.
Gununsesi.info