Gizir Mirzə Əhmədov dəfn olunub – FOTO

  • By admin
  • 15 Avqust 2021 17:18

Bir ildən artıq komada olan və dünən vəfat edən gizir Mirzə Əhmədov dəfn olunub.

Gununsesi.info  xəbər verir ki, Silahlı Qüvvələrin giziri Mirzə Əhmədov Cəlilabad rayonunun Ocaqlı kəndində bu gün torpağa tapşırılıb.

Vida mərasimində onun yaxınları, hərbçi yoldaşları, rayon rəsmiləri və yerli sakinlər iştirak edib.

Qeyd edək ki, Əhmədov Mirzə Balaqardaş oğlu 1994-ci il yanvarın 20-də Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olub.

Ordu sıralarında gizir kimi hərbi xidmət göstərən Mirzə Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı xəsarət alıb. O, bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, M.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Gununsesi.info