Gizli əməlləri ifşa edilən nazir istefa verdi

  • By admin
  • 09 Noyabr 2017 10:35

İngiltərənin Beynəlxalq İnkişaf naziri Priti Patel tutduğu vəzifədən istefa verib. Buna səbəb nazirin İsrail rəsmiləri ilə gizli əlaqələrinin üzə çıxması olub.

Gununsesi.info xəbər verir ki, Patel Xarici İşlər Nazirliyinin məlumatı olmadan İsrail rəsmiləri və bir sıra siyasətçilərlə görüşürmüş. O, bu əlaqələrdən Xarici İşlər naziri Boris Consonun xəbəri olduğunu bildirsə də, nazirlik bu iddianı təkzib edib.

Rəsmi səfərdə olduğu Uqandadan Baş nazir Teresa Meyin göstərişi ilə dərhal geri çağırılan Patel 30 dəqiqə ərzində istefa ərizəsini yazıb və öz vəzifəsindən uzaqlaşdırılıb.

Gununsesi.info