Gizli çayxana işlətmək baha başa gəldi

  • By admin
  • 27 Mart 2021 21:49

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb.

Bu haqda mətbuata Daxili İşlər Nazirliyindən bildirilib.

HTML tutorial

Qeyd edilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Baxçakürd kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi – İlkay Abdullayev və beş nəfər müştəri saxlanılaraq, RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Gununsesi.info