Gizli görüntüləri yayılan məşhur aparıcı danışdı

  • By admin
  • 05 Dekabr 2021 13:45

“Birini sevirsən, öpürsən. Bunu ifşa edən günahkardır, yoxsa mən günahkaram? Siz münasibətlərinizdə kitabxanada kitab oxuyursunuz? Heyif! Məncə, öpün, münasibət öpüşərkən gözəldir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri İsmail YK-nın əmisi oğlu Özkan Şen ilə bir müddət münasibətdə olan türkiyəli teleaparıcı Bircan Bali Armağan Çağlayanın “Zor ama Sor” verilişində şəxsi fotolarının sızması ilə bağlı bildirib.

Bali proqramda səmimi etiraflar edib: “Mənim heç bir dostum qalmadı. Verilişimlə əlaqədar hər zaman bir fikrim var. Dayana bilmirəm. Biznesi ticarətə çevirdim. İnstaqramda nəsə yazıramsa, pul alıram. Əgər nəyisə tövsiyə edəcəyəmsə, qarşılığında pul alıram. Ən böyük arzum isə siyasətə gəlməkdir”.


Gununsesi.info