
Gizli Kəşfiyyatda yeni dönəm başlayır. Həyatımızın bir çox sahələrinə təsir edən Suni Zəka gizli xidmət orqanlarının da işinə təsirsiz ötüşməyəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin Kəşfiyyat Təşkilatının başçısı Riçard Moore rus ordusuna edilən silah tədarükünü suni zəka texnologiyalarını işlədərək yavaşlatdıqlarını açıqlayıb.
“Bunu açıq və dəqiq şəkildə sölyəyəcəyəm: Təşkilatımız ortaqlarımızla birlikdə Suni Zəkanı etik şəkildə istifadədə ustalaşma yarışını qazanmaq istəyir”, – deyə Moore söyləyib.
Suni Zəkanın bilgi savaşlarında gedərək daha önəmli hala gələcəyini söyləyən Moore yeni bir yarış dönəminin başladığını bildirib.
İşçilərimiz indidən insanların bəlli durumlarda necə davranacağını təxmin etmək üçün Suni Zəkadan faydalanmağa başlayıb. Ancaq bu, sadəcə verəcəkləri qərarda dəstək işini görür. Bacarıqlarını suni zəka və toplu data bilgilərlə birləşdirərək Rusiyanın Ukraynaya qarşı işlədəcəyi silahların axışını təsbit edir və dayandırırlar”.
Baş Kəşfiyyatçı Riçard gələcəkdə iş yükünün gedərək Suni Zəka tərəfinə sürüşəcəyini təxmin etdiyini bildiirb.
Tərcümə: Arzu