Gizli səs yazısı yayıldı: Almaniya Rusiyanı günahlandırdı

  • By admin
  • 04 Mart 2024 09:00

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanı Hərbi Hava Qüvvələrinin komandanı İnqo Gerhartz və bəzi digər generallar arasında danışıqların dinlənilməsi ilə bağlı Almaniyaya qarşı “hibrid hücum”da ittiham edib.

Gununsesi.info bildirir ki, Pistorus bu barədə Berlində açıqlama verib.

“Bu insident açıq şəkildə Hərbi Hava Qüvvələrində müzakirənin dinlənilməsi və yayımlanmasından daha çox şeydir. Bu, Rusiya prezidenti Vladimir Putinin apardığı informasiya müharibəsinin bir hissəsidir, buna heç bir şübhə yoxdur. Bu, dezinformasiya üçün hibrid hücumdur, parçalanma salmaq və birliyimizi pozmaq məqsədi daşıyır”, – nazir bildirib.

Hadisəyə xüsusi ehtiyatla, lakin daha qətiyyətlə reaksiya verilməsinin lazım olduğunu ifadə edən Pistorius hadisəni eşidəndən sonra Hərbi Əks-Kəşfiyyat Xidmətinə zəng edərək, məsələnin bütün aspektləri ilə araşdırılmasını tapşırdığını bildirib.

Araşdırmadan sonra lazımi nəticə və qərarın veriləcəyinə işarə edən Pistorius Putini aldatmamaq lazım olduğunu bildirib.

Pistorius qeyd edib ki, söhbət qeydlərinin Rusiyada həbsxanada ölən rusiyalı dissident Aleksey Navalnının dəfnindən bir gün sonra və Virekard qalmaqalı ilə bağlı yeni açıqlamalardan sonra dərc olunmasının təsadüf olduğuna heç kim inanmır.

“Bu, açıq-aydın bizim birliyimizi pozmaqdan gedir. Əvvəllər dediyim kimi, söhbət daxili siyasətimizi parçalamaqdan gedir. Çox vacibdir ki, Putinin bizi bir-birimizdən ayırmasına imkan verməyək, onun istədiyi budur və buna qarşı həmrəy olmalıyıq”, – deyə o bildirib.

Alman nazir qeyd edib ki, səs yazısının yayımlanması, şübhəsiz ki, əlaqələndirilmiş, xoreoqrafiya edilmiş və Almaniyanın Rusiyaya qarşı müharibə üzərində işləməsi barədə mifi gücləndirmək məqsədi daşımışdır, lakin bu, tamamilə cəfəngiyyatdır.

Pistorius hadisə ilə bağlı hərtərəfli təhqiqat aparılacağına dair sözünü təkrarlayıb və telefon dinləmə və dinləmə hücumlarına qarşı yeni tədbirlər görüləcəyini bildirib.

“Russia Today” (RT) kanalının baş redaktoru Marqarita Simonyan alman zabitlərinin 30 dəqiqəlik audio yazısını yayıb.

Səs yazısında Almaniya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli üzvləri siyasi bir qərar olduğu halda “Taurus” raketlərinin necə göndərilə biləcəyini və Almaniyanın kəşfiyyatı və texniki dəstəyi olmadan Ukrayna tərəfindən istifadə oluna biləcəyini müzakirə ediblər.

Səsyazıda “Taurus” raketlərinin Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilmiş Krım yarımadasında inşa etdiyi Krım körpüsünü texniki cəhətdən məhv edə biləcəyi ilə bağlı müzakirələr də yer alıb.

 

Gununsesi.info