Göyçə gölündən daha balıq tutulmayacaq

  • By admin
  • 25 Dekabr 2020 21:13

Azərbaycanın tarixi su hövzələrindən olan Göyçə gölündə bir müddət balıq tutulmayacaq.

 

Ermənistanda belə qərara gəliblər. Amma qərarın müharibə ilə əlaqəsi yoxdur. Hər halda, Ətraf Mühit Nazirliyi başqa səbəb göstərir.

2021-ci il yanvarın 20-nə qədər Göyçə gölündə balıq tutmağa imkan verilməyəcək. Ətraf mühit naziri Romanos Petrosyan bu işə ciddi yanaşacaqlarını bildirib. Onun sözlərinə görə, nazirliyin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə mağazaları gəzərək, xüsusilə siqi balığının satılıb-satılmamasına baxacaqlar. Çünki Göyçə gölü bu sümüklü balıq növünün əsas mənbələrindən sayılır. Siqi tutmaq üçün uzaq məsafələrdən gölə gəlirlər.

Nazirlik qərarın səbəbi kimi siqinin kürütökmə dövrü olduğunu göstərib. Buna görə də ümumilikdə balıq tutulmasının qarşısı alınır.

 

Gununsesi.info