“Göl” restoranı bağlandı -Fotolar

  • By admin
  • 10 Aprel 2021 19:36

Ağdaş rayonu, Ağdaş-Qəbələ yolunda fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Valeh Məhəmməd oğluna məxsus “Göl” restoranında yoxlama keçirilib.

Gununsesi.info xəbər verir ki,  yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı aşkar olunub.

Eyni zamanda müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib.

Aşkarlanmış nöqsanlarla əlaqədar ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

 

Gununsesi.info