Göygöl-Gəncə yolunda ölümlə nəticələnən yol -nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun xəbərinə görə, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşı Cavid Mürsəlov yüksək sürətlə idarə etdiyi BMW markalı maşında idarəetməni itirib. Yoldan çıxan maşın aşaraq evlərdən birinin həyətinə düşüb.
Hadisə barədə məlumatda deyilir ki, Cavid Mürsəlov spirtli içkinin təsiri altında olub.
O, Göygöldəki “Böyük İsgəndər” adlı şadlıq sarayından çıxarkən qəzaya düşüb.
Cavid Mürsəlovun atası Elşən Mürsəlov keçmiş polis rəisi olub.
Allah rəhmət eləsin!
Gununsesi.info