Gömrük Akademiyasının rəhbərliyi qadınları təbrik etdi - FOTO

  • By admin
  • 07 Mart 2022 13:18

Dövlət Gömrük Komitəsinin Akademiyasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general mayoru Qulu Novruzov çıxış edərək öz adından və Dövlət Gömrük Komitəsinin rəhbərliyi adından Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın xanım əməkdaşlarını təbrik edib, onlara can sağlığı, gələcək həyat və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Qulu Novruzov cəmiyyətimizdə qadınların əvəzsiz rolundan söz açaraq bugün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın istər ölkəmizdə, istərsə də vətəndən kənarda əvəzsiz xidmətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil etdiyini bildirib.

Ölkəmizdə dövlətin qadınlara göstərdiyi diqqət və qayğıdan bəhs edən Qulu Novruzov Dövlət Gömrük Komitəsinin gender bərabərliyinin təmin olunması istiqamətindəki fəaliyyətini xüsusi olaraq vurğulayıb. Akademiya rəisi demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini qeyd edib.

Çıxışının sonunda Qulu Novruzov Akademiyanın xanım əməkdaşlarının timsalında Vətən müharibəsi zamanı misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirən şəhid analarına, onların ömür-gün yoldaşlarına ən xoş arzularını çatdıraraq, yüksək hörmət və ehtiramını bildirib.

Gununsesi.info