Gömrük Komitəsi “Gününsəsi”nin nin xəbərini təsdiqlədi

Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı intihar edib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hadisə iyulun 13-də qeydə alınıb.

HTML tutorial

“Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin Astara rayonu Rüdəkənar kəndində intihar etməsi faktını təsdiq etməklə bildiririk ki, faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır”, – açıqlamada bildirilib.

Qeyd edək ki, bu barədə xəbəri Gununsesi.info xəbər saytı yayıb.

Gununsesi.info