Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib

  • By admin
  • 06 Oktyabr 2016 19:20

ilham

 

Prezident İlham Əliyev Azərbaycan respublikası prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman verib.
Gununsesi.info-nun məlumatına görə, fərmana görə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 3.1.42-ci yarımbəndinə “ictimai informasiyanın” sözlərindən sonra “, o cümlədən həyata keçirilən xarici ticarət əməliyyatları zamanı risk qrupları üzrə buraxılış sistemlərindən istifadə ilə bağlı, habelə idxalatçıların müəyyən risk qrupuna aid edilməsi və ya onların risk qruplarının dəyişdirilməsi barədə məlumatların” sözləri əlavə edilib.

 

Gununsesi.info