Gömrük Komitəsinə gözlənilməz ezam

  • By admin
  • 01 Avqust 2022 11:46

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq İdarəsinin rəisi vəzifəsinin müvvəqqəti icrasına təyinat olub.

Gununsesi.info-nun xəbərinə görə, Dövlət Vergi Xidmətinin İbtidai Araşdırmalar və Vergi Cinayətləri İdarəsinin rəis müavini Rövşən Abdullayev bu vəzifəni icra etmək üçün çalışdığı qurumdan Gömrük Komitəsinə ezam göndərilib.

Ancaq bu qərarın hüquqi əsaslandırılması qaranlıq qalıb.

Belə ki, Dövlət Gömrük Komitəsi müstəqil qurum olduğundan İqtisadiyyat Nazirliyinə tabe olan Vergi Xidmətinin buraya ezam göndərmək səlahiyyəti yoxdur.
Bu fakt Gömrük Komitəsinin gələcəkdə Vergi Xidməti ilə bir qurumda birləşdiriləcəyi barədə fikirləri təsdiqləmiş olur.

Afət Abbasova
Gununsesi.info