Gömrük Komitəsində korrupsiya əməliyyatı: Saxlanılanlar var - VİDEO - YENİLƏNDİ

  • By admin
  • 26 Yanvar 2023 12:27

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirdiyi əməliyyatın ilkin səbəbi məlum olub.

Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, ötən gündən başlayan əməliyyat tədbirləri çərçivəsində saxlanılanlar ölkəyə gətirilən istehsal ili yeni olan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində nöqsanlara yol verməkdə ittiham edilirlər.

İlkin məlumata görə, saxlanılanlar ölkəyə gətirilən istehsal ili 2019-cu və daha təzə olan avtomobilləri əzik, zədəli nəqliyyat vasitəsi kimi qeydiyyata alaraq rəsmiləşdirmə haqqını azaltmaq və digər nöqsanlarda şübhəli bilinirlər.

Əməliyyat zamanı avtomobilin rəsmiləşdirməsi zamanı saxtalaşdırma ilə bağlı təxminən 30-a yaxın qanunsuz sənəd aşkarlanıb.

10:36

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

Gununsesi.info xəbər verir ki, əməliyyat tədbirləri hazırda davam etdirilir.

Saxlanılan şəxslərin olduğu bildirilir. Onların kimliyi və digər detallar hələlik məlum deyil.

Qeyd edilib ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

Gununsesi.info