Gömrük Komitəsinin sədri vəzifəsindən azad edildi -Talıbovdan fərman

  • By admin
  • 26 Noyabr 2018 21:28

Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov vəzifəsindən azad edilib.

“Gununsesi.org” un Naxcivantv.az-a istinadən məlumatına görə, Naxçıvan (MR) Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Asəf Səttar oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin”.