Gömrük məntəqələrində şəxsin soyundurulması zamanı VİDEOÇƏKİLİŞDƏN İSTİFADƏYƏ YOL VERİLMƏYƏCƏK

  • By admin
  • 29 Dekabr 2017 10:38

Gömrük məntəqlərində yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu, Gömrük Məcəlləsinə edilən dəyişikliklərdə  nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsinə dəyişikliklər müzakirə edilərək qəbul ediləcək.

Beləliklə, Gömük Məcəlləsinin  64.2-ci maddəsi yeni redaksiyada verilməsi nəzərdə tutulur:

“64.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir.”.

Məcəllədə şəxsin soyunmasına zərru hal yaranması ilə bağlı  99-cu maddəyə də dəyişiklik edilməsi nəzərdə tutulru. Bununla əlaqədar olaraq  99.2.5-ci və 99.2.6-cı maddələrə, 99.6-cı və 99.7-ci maddələrin birinci cümlələrinə ismin müvafiq hallarında “hal şahidləri” sözlərindən sonra “(yalnız hal şahidlərinin iştirak etdiyi halda)” sözləri əlavə edilsin.

99.4-cü maddəsi 2.2.1 müddəası  aşağıdakı redaksiyada verilir:

“Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 (iki) hal şahidinin iştirakı məcburidir.”;

2.2.2. ikinci cümlə dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.”.

Mürtəza

Gununsesi.info