Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı müsadirə edildi

  • By admin
  • 27 Dekabr 2017 11:14
Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsində sürücü oturacağının arxa hissəsində asılmış gödəkcənin cibində gömrük nəzarətinə bəyan olunmayan bir ədəd bağlamada, ümumi çəkisi 181,12 qram olan zərgərlik məmulatı – 9 ədəd sırğa cütü və üzük dəsti, 6 ədəd üzük və 2 ədəd sırğa tayı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info