Gömrük nəzarətindən gizlədilən 9200 ədəd siqaret aşkar edildi

  • By admin
  • 31 Avqust 2016 12:12

gomruk

Astara Gömrük İdarəsinin əməkdaşları İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn və İran vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçiriblər.

Gununsesi.info xəbər verir ki, stasionar rentgen avadanlığı ilə aparılan baxış zamanı, həmin nəqliyyat vasitəsinin dartıcı hissəsində – kabinədə 9200 ədəd “Kent” markalı siqaretlər aşkar olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info