Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edildi

  • By admin
  • 03 Sentyabr 2016 12:03

gomruk

Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Gununsesi.info xəbər verir kibaxış zamanı, həmin nəqliyyat vasitəsində, gömrük nəzarətindən gizlədilmiş şəkildə 1000 ədəd “Marlboro” və 13.200 ədəd “NZ” markalı siqaretlər aşkar edilib.

“Xanoba” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn digər Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış nəticəsində isə həmin avtomobildən 2000 ədəd “NZ” markalı siqaret aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info