

Jurnalist müəyyən edib ki, keçmiş rəis müavini ölkədən yüz milyonlarla dolları çıxarmaq üçün adi “kitayski” torbalardan istifadə edib. Daha 700 milyon dollar isə ölkədən müxtəlif banklar üzərindən çıxarılıb. Bu iki məbləğin cəmi az qala Qırğızıstanın dövlət büdcəsinin gəlirləri həcmindədir.
“Azadlıq” radiosunun redaksiyasının sərəncamında elə sənədlər var ki, onlarla tanış olanda adamın saçları biz kimi olur. Bizim etibar etdiyimiz mənbələr xəbər veriblər ki, 2011-2017-ci illərdə Qırğızıstanın bir neçə bankı üzərindən xaricə 700 milyon dollar çıxarılıb. Və bizim əlimizdə bunu təsdiq edən onlarla sənəd, bank qəbzləri var. Bu sənədlər həmin məbləğin azı 250 milyon dollarının çıxarıldığını birbaşa təsdiqləyir”-radionun jurnalisti Əli Toktakunov bildirir.
Jurnalistlər müəyyən ediblər ki, ölkədən çıxarılan yüz milyonların bir hissəsini Çin vətəndaşı Ayerkin Saymaiti göndərib. Həmin adam arvadı Vufulu Bumailiamunun adından iki il sərasər Matraimovların ailə xeyriyyə fonduna pul köçürüb. Fond Matraimovun kiçik qardaşının adına qeydiyyatdan keçib.

Xatırladaq ki, Qırğızıstanın Gömrük Komitəsinin keçmiş sədri, Avrasiya İttifaqı hökumətinin naziri olmuş Adamkul Junusov 2018-ci ilin dekabrında Bakı aerportunda həbs edilmişdi. O, korrupsiya cinayətlərinə görə axtarışda idi və Nyu-Yorkdan Bakıya gələrkən tutulmuşdu. Junusov bir neçə ay sonra ölkəsinə ekstradisiya edilib.