Gömrük rəhbəri qaçaqmalçılıqda ittiham olunaraq işindən çxarıldı

  • By admin
  • 28 İyul 2016 13:50

belya

 

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov istefaya gedib.

Gununsesi.info Rusiya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, Rusiya baş naziri Dmitriy Medvedyev Gömrük Xidmətinin rəhbəri A. Belyaninovun istefa ərizəsini qəbul edib. Gömrük rəhbəri öz xahişi ilə istefa ərizəsi yazıb və baş nazir də onun ərizəsini qəbul edib. Baş nazirin digər sərəncamı ilə Gömrük Xidmətinə Vladimir Bulavin yeni rəhbər təyin edilib.

O, bundan öncə rusiyanın Şimal-Qərb federal dairəsində prezidentin səlahiyyətli nümayəndəsi olub. RİA-Novosti yazır ki, iyulun 26-da istintaqşılar Belyaninovun yaşadığı yerdə və Gömrük Xidmətində axtarış aparılıb. Axtarış içki qaçaqmalçılığı ilə bağlı olub. Axtarış zamanı istintaqçılar Belyaninovdan pul, qiymətli rəsm əsərləri və digər qiymətli əşyalarını özləri ilə götürüblər.

Gununsesi.info