“Gömrük rüsumları bahalaşmada əhəmiyyətli rol oynayır” - QUBAD İBADOĞLU

  • By admin
  • 02 Fevral 2022 17:23

“Gömrük rüsumları bahalaşmada əhəmiyyətli rol oynayır. Çünki gömrük orqanlarında maraq topqquşması var. Gömrük dəyərinin müəyyənləşdirilməsi bilavasitə onların səlahiyyətinə aid deyil. Onlar ölkəyə gətirilən malların qiymətini bazar dəyərindən yüksək müəyyən etməklə dövlət büdcəsinə daha çox rüsum və idxalda əlavə dəyər vergisi yığmağa çalışırlar”.

Gununsesi.info xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu SİTAT.İNFO-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu son nəticədə həm də əlavə məsrəflərin yaranmasına gətirib çıxarır: “Gömrük dəyərinin yüksək olması həm gömrük rüsumuna görə, həm də idxalda əlavə dəyər vergisinə görə əlavə vəsaitlərin ödənilməsinə gətirib çıxarır. Bunlar hamısı qiymətin üzərinə gəlir. Son nəticədə idxal mallarının qiyməti Azərbaycanda digər məhsullarla müqayisədə daha da artır”.

Q.İbadoğlu vurğuladı ki, istehlak bazarında qiymət artımı müşahidə olunur: “Xüsusən ərzaq məhsullarının böyük əksəriyyəti idxal məhsulu olduğuna görə, idxal inflyasiyası güclənir. Azərbaycanda qiymətlər bu səbəbdən daha da bahalaşır”.

 

 

Gununsesi.info