Gömrükçülər Gürcüstandan gələn yük avtomobillərində siqaretlər aşkar ediblər

  • By admin
  • 30 Mart 2021 15:28

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə DGK xəbər yayıb.

Belə ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn “Mercedes-Benz” və DAF markalı yük avtomobilləri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 3 600 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gununsesi.info