Gömrükçümüz Avropada ikinci oldu

  • By admin
  • 28 Aprel 2022 12:18

Gömrük əməkdaşı Avropa turnirində ikinci yeri tutub.

Gununsesi.info xəbər verir ki, Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin təlimçisi Məhəmməd Həsənzadə Avropa kuboku uğrunda keçirilən sumo güləşi yarışında uğurla iştirak edib.

Almaniya Sumo Federasiyasının təşkil etdiyi yarış aprelin 22-23 tarixlərində Brandenburq şəhərində baş tutub. Turnirə Avropanın 18 ölkəsindən 140-dan artıq idmançı qatılıb.

Yarışda ölkəmizi təmsil edən Məhəmməd Həsənzadə 77 kq çəki dərəcəsində mübarizə aparıb və ikinci yerə layiq görülüb.

Gununsesi.info