Gömrükdə əməliyyat

  • By admin
  • 07 Noyabr 2016 21:37

6b8f864c-a195-4501-8771-68b9265bb4bc_cx9_cy23_cw91_mw1024_s_n_r1f

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar üçün nəzərdə tutulan külli miqdarda yaddaş kartının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Bakı Karqo Terminalına, Azərbaycan vətəndaşının adına gömrük bəyannaməsində göstərildiyi kimi, mobil telefon aksessuarları – LCD ekranlar və telefon üzlükləri daxil olub. Lakin mallara rentgen aparatı ilə baxış keçirilərkən monitorda bəyannamədə göstərilməyən malların təsviri görünüb və bununla bağlı təkrar gömrük yoxlaması aparılıb.

Yoxlama zamanı, LCD ekran qutularına qablaşdırılan, gömrük bəyannaməsində və mal-müşayiət sənədlərində göstərilməyən cəmi 6 930 ədəd yaddaş kartı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info