Gömrükdə əməliyyat - KÜLLİ MİQDARDA SİQARET TUTULDU

  • By admin
  • 25 Aprel 2017 11:05

siqaret

Avtomobildən külli miqdarda siqaret aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 21063” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin ayaqaltı hissəsindən 5700, günlük hissəsindən 400, arxa səsgücləndiricilərindən 500, hava filtri boşluğundan 400 ədəd olmaqla, ümumilikdə 7000 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info