Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərinə baxış keçirilib.
“Qafqazinfo” xəbər verir ki, gömrük nəzarəti zamanı onun gödəkçəsinin cibinin astarından xalis çəkisi 0,181 qram olan narkotik vasitə – tiryək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info