
Vətəndaşın üzərində 8 ədəd mobil telefon aşkar olunub.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının üzərində gömrük baxışı zamanı 4 ədəd “Samsung Galaxy J5”, 3 ədəd “Samsung Galaxy J2 prime”, 1 ədəd “Samsung Galaxy J7” markalı mobil telefonlar və 7 ədəd mobil telefon qutusu aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info