Gömrükdə külli miqdarda siqaret tutuldu

  • By admin
  • 11 Aprel 2017 10:57

siqaretttttt

 

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi VAZ-2109 markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Komitədən Axar.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa qapılarının içərisindən aksiz markası olmayan, üzərində “Parliament” yazısı olan 6 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info