Gömrükdə külli miqdarda spirtli içki aşkar olundu

  • By admin
  • 14 Yanvar 2017 13:21

İCKİ
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz Vito” markalı nəqliyyat vasitəsi Tovuz rayonu ərazisində saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsində avtomobilə baxış keçirilmiş, nəqliyyat vasitəsindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 406 ədəd spirtli içkilər aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info