Gömrükdə qanunsuz içki və siqaret aşkarlandı

Gömrükdə qanunsuz içki və siqaret aşkarlandı

Gürcüstanla sərhəddə aksiz markasız xeyli içki və siqaret müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postu yaxınlığındakı “Avtovağzal” adlanan ərazidə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaret və spirtli içkilərin toplanması barədə məlumat daxil olub.

Dərhal yaradılan əməliyyat qrupunun qeyd edilən ərazidə apardığı əməliyyat tədbirləri nəticəsində içərisində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan malların olduğu ehtimal edilən “VAZ 21 099” markalı nəqliyyat vasitəsi saxlanılıb. Avtomobilin sərnişini Azərbaycan vətəndaşı nəqliyyat vasitəsindəki yüklərin ona aid olduğunu bildirdikdən sonra “Sınıq Körpü” gömrük postunun ərazisində qanunvericiliyə uyğun şəkildə yüklərə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan bir litrlik həcmdə 29 ədəd müxtəlif markalı spirtli içkilər, 4200 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

COMMENTS