
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən külli miqdarda tütün məmulatı aşkar ediblər.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Kamaz” markalı yanacaq daşıyan çənli yük avtomobilinə xidməti axtarış itinin tətbiqi ilə baxış keçirilib.
Belə ki, xidməti itin reaksiyası əsasında, avtomaşının qoşqusu ətraflı yoxlanılıb.
Nəticədə, qoşqunun orta hissəsində, döşəmə ilə çənin arasındakı boşluqda, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan cəmi 31.000 ədəd “D&J” və “Manchester” adlı siqaretlər aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info