Gömrükdə yoxlama – Gizli yolla aparılan siqaretlər aşkarlandı

  • By admin
  • 18 Aprel 2017 12:01

siqaret
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yükünə “Heimann X-ray” markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı əl yükündə olan 2 ədəd “Choco pie” markalı şirniyyat qutusunun və 1 ədəd “Yadra” markalı günəbaxan tumu qutusunun içərisindən gömrük nəzarətindən gizlədilən ümumilikdə 1800 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info