Gömrükdən “beşbarmaq” geçirmək istədi

  • By admin
  • 29 Avqust 2017 10:54

besbar8

İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatıyla baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın cibində 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info