Gömrükdə narkotik əməliyyatı – 107 kiloqram heroin aşkarlandı

  • By admin
  • 01 May 2021 11:34

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçirib.

Gununsesi.info-nun məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tvitter hesabında yazıb.

S.Mehdiyev bildirib ki, 107 kiloqramdan artıq narkotik vasitə – heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.