Gömrükdə yeni anti-korrupsiya əməliyyatı- ÖZƏL

Dövlət Gömrük Komitəsində daha bir anti-korrupsiya əməliyyatı keçirilib.

Gununsesi.info-nun özəl mənbədən əldə etdiyi məlumata görə, bu dəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.

Bu saatlarda keçirilən əməliyyat Cənub Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.
Gununsesi.info-nu izləyin!