“Göndərdiyimiz qanun layihələrindən biri qəbul olunmadı, çünki…” - KOMİTƏ SƏDRİ

  • By admin
  • 19 Sentyabr 2017 12:28

arif

“Milli Məclisin 2017-ci il yaz və növbədənkənar sessiyalarında komitəmizin 8 iclası keçirilib.  Həmin iclalarda 12 məsələ müzakirə olunub ki, onlardan da 7-si qanun layihəsi olub və plenar iclaslarda onlar qəbul edilib. Digər bir məsələ isə qəbul olunmayıb. Həmin məsələ də bələdiyyə qulluqçularının etik davarınış kodeksidir. Orada əsasən iki məsələ üzərində müzakirələr hələ də davam etməkdədir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Regional məsələlər komitəsinin sentyabrın 19-da keçirilən iclasında adıçəkilən komitənin sədri Arif Rəhimzadə deyib.

O, hesabat dövründə komitənin ünvanına 178 müraciət, təklif, ərizə və şikayətin daxil olduğunu deyərək bildirib ki,  onlardan 94-ü araşdırılmaq üçün müvafiq qurumlara göndərilib.

KAMİL

Gununsesi.info