“Google”, “Amazon” və “Facebook” nəzarət altına alınırlar

Avropa İttifaqı “Google”, “Amazon” və “Facebook” da daxil olmaqla, Amerika şirkətləri üzərində nəzarəti gücləndirməyə hazırlaşır.

Gununsesi.org xəbər verir ki,  bu barədə “The Wall Street Journal”a müsahibəsində Avropa Komissiyasının rəhbərinin müavini Marqrete Vestager bildirib.

Onun sözlərinə əsasən, Aİ ABŞ şirkətlərinin anti-inhisar qanunlarının normalarına riayət etməyini və onların bütün vergiləri ödəmələrini istəyir 

“Şirkətlər onlara məxsus şəbəkə resurslarında qadağa olumuş materialların yerləşdirilməsinə görə məsuliyyyət daşımalıdırlar”, – AK nümayəndəsi qeyd edib.

Gununsesi.org