ABŞ-ın “Google” korporasiyası internet səhifələrinin yüklənmə sürətini xeyli artırmağı planlaşdırır.
Gununsesi.info ICTnews-a istinadən xəbər verir ki, 2016-cı ildə təqdim edilmiş AMP texnologiyası, hələ ki, yalnız “Twitter”, “Google”, “Baidu” və “Bing” üçün əlçatandır.
Yeniləmə prosesi uğurlu olduğu və saytların əksəriyyəti dəyişikliyi qəbul etdiyi halda onlar axtarış sistemində ani olaraq AMP səhifələri kimi emal ediləcək.
“Google” gələcəkdə bu texnologiyanı “Ümumdünya Hörümçək Toru”nun standartına çevirmək istəyir.
“Accelerated Mobile Pages” (AMP) – mobil qurğularda saytların yüklənməsini sürətləndirən bir texnologiyadır.
Gununsesi.info