“Google” data bilgilərini açıqladı: Dünyada ən çox görülən yuxular hansılardır?

  • By admin
  • 27 Dekabr 2022 14:21

Dünyada tanınmış “Google” axtarış sistemi planetimizdə ən çox görülən yuxuların adlarını açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, dünya çapında ənç çox görülən röya yuxuları ilanlarla bağlı olub.

Yuxu nizamı və sağlamlığı üzərində çalışmalar aparan və məzmunlar yayımlayan Birləşmiş Krallıq mərkəzli “Brilliant British”dən bir heyət axtarış sistemindəki data bilgiləri toplayıb. Verilənlər bazası bilgilərinə görə, dünyada hansı ölkədə nə kimi yuxuların görülməsi açıqlanıb.

Tapıntılar dünyada ən çox görülən yuxuların ilanlarla bağlı olduğunu göstərdi. “Yuxuda ilan görmək” axtarışı Braziliyada, Türkiyədə, İran, İsrail, Rusiya, Portuqaliya, Əmman, Ukrayna, Finlandiya, Qazaxıstan və Əfqanıstanda qeydə alınıb.

“Google” bilgilərinə əsasən, Rusiyada isə yuxuda diş görülməsi daha çox axtarılanlar arasında olub. Birləşmiş Krallıq, Qərbi Avropa, BƏƏ və Şimali Amerikada yuxuda diş görülməsi daha çox qeydə alınıb. Səudiyyə Ərəbistanı, İraq, Bəhreyndə evlilik, Livan, Danimarka və Küveytdə isə hamiləlik daha çox yuxuda görülən mövzular arasında olub.

 

Tərcümə: Arzu Sayadoğlu