Google İsrailə etiraz edən 20 əməkdaşını işdən çıxarıb

Google şirkəti İsrail hökumətini texnologiya ilə təmin etməkdəki roluna etirazlarına görə daha 20 əməkdaşını işdən çıxarıb.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, işdən çıxarılan işçilərin ümumi sayı 50-dən çoxdur.

Etirazlar Google, Amazon və İsrail hökuməti arasında bulud hesablamaları və süni intellekt xidmətləri göstərmək üçün 2021-ci ildə imzalanmış 1,2 milyard dollarlıq müqavilə olan “Project Nimbus”dan sonra keçirilir.

 

Bildirilir ki, keçən həftə isə işçilər “Google” -un Nyu-York və Kaliforniyadakı ofislərində oturaq aksiyalar keçiriblər. Polisin əməliyyat tədbirlərindən sonra bir neçə nəfər həbs olunub.

 

Məlumata əsasən bu etdiyi hərəkətləri təkzib edən “Google” fərqli düşüncələri yatırmaq istəyir.

 

 

Şəbnəm 

Gununsesi.info