“Google” İsrailə etiraz edən mühəndisi işdən çıxardı

  • By admin
  • 09 Mart 2024 12:23

Amerikanın texnologiya nəhəngi “Google” şirkəti Nyu-Yorkda keçirilən tədbirdə İsrailə etiraz edən mühəndisi işdən çıxarıb.

Gununsesi.info-nun xəbərinə görə, “Google” sözçüsü bildirib ki, mühəndis şirkətin sponsorluq etdiyi rəsmi tədbirdə təqdimat edən həmkarının sözünü kəsib.

“Məsələ nə olursa olsun, bu davranış qəbuledilməzdir və işçi siyasətlərimizi pozduğu üçün işdən çıxarılıb”- deyə “Google”dan bildirilibb.

Bazar ertəsi Nyu-Yorkda bir “Google Cloud” mühəndisinin israilli bir icraçının nitqini kəsərək “Mən soyqırımı, aparteidi və ya artan nəzarəti təşviq edən texnologiya yaratmaqdan imtina edirəm” deyən bir hadisə baş verib.

 

Gununsesi.info