Dünyanın ən tanınmış şirkətlərindən biri olan “Google”da çalışan evli cütlük beynəlxalq ictimai rəyin əsas mövzusuna çevrilib.
Gununsesi.info xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Santa Clara bölgəsində 2 milyon dollar dəyərində dəbdəbəli evdə yaşayan Liren Çen və xanımı Xuanyi Yunun xoşbəxt evliliyi dəhşətli şəkildə bitib.
Naməlum səbəbdən anlaşa bilməyən cütlük arasında yanvarın 16-da başlayan dava 27 yaşlı Çenin həyat yoldaşını öldürməsi ilə yekunlaşıb. Evə gələn polis Çeni dizləri üstə oturaraq boşluğa baxarkən yaxalayıb.
Qətldə ittiham olunan Çenin “qan gölündə” olduğu və qolunda xəsarətlər olduğu da bildirilib. Santa Clara Rayon Prokurorluğu qadının başına sərt bir cisimlə vurulduğunu açıqlayıb.
Adını açıqlamayan cütlüyün yaxın dostu polisə məlumat verib.
“Google”un sözçüsü Beyli Tomson “New York Post”a açıqlama verib. Tomson öldürülən gənc qadından danışıb.
Qeyd olunub ki, Çen “YouTube”da proqram mühəndisi vəzifəsində çalışıb.
Gununsesi.info