“Google” şirkətinə qarşı təzminat işi açıldı

  • By ilhame
  • 01 Mart 2024 23:29

Avropada 30-dan çox media şirkəti ABŞ-də yerləşən “Google” axtarış sistemini reklam texnologiyasındakı dominant mövqeyindən sui-istifadə etdiyi iddiası ilə məhkəməyə verib.

 

Gununsesi.info xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.

 

Açıqlamada Avropa Komissiyasının 2023-cü ildə eyni məsələ ilə bağlı etiraz bəyanatı dərc etdiyi vurğulanıb.

 

“Əgər “Google” öz dominant mövqeyindən sui-istifadə etməsəydi, media şirkətləri reklamdan əhəmiyyətli dərəcədə yüksək gəlir əldə edər və reklam texnologiyası xidmətləri üçün daha aşağı ödənişlər ödəyərdi”, – deyə bəyanatda bildirilir.

 

Qeyd edək ki, Alman media şirkəti Axel Springer və Norveçdə yerləşən Schibsted media qrupu, o cümlədən Polşa, Finlandiya, Avstriya, Danimarka, Belçika, İsveç, İspaniya, Portuqaliya, Çexiya, İsveçrə, Rumıniya, Bolqarıstan, Slovakiya, Macarıstan, Hollandiya və Lüksemburq Google-a qarşı iddia qaldıran şirkətlər arasındadır. Sözügedən ölkələr şirkətdən 2,1 milyard avro təzminat tələb edib.

Gununsesi.info