“Google” və “Facebook” Dövlət Dumasındakı dinləmələrə çağırılıb

  • By admin
  • 20 Sentyabr 2019 22:58

“Google” və “Facebook” şirkətləri Rusiya Dövlət Dumasında yaradılan xarici ölkələrin dövlətin daxili işlərinə qarışması faktlarının araşdırılması kommissiyasının iclasına dəvət edilib.

Gununsesi.org xəbər verir ki, komissiya üzvləri axtarış operatorunun (Google) və sosial şəbəkənin (Facebook)  öz platformalarında qeyri-qanuni olaraq siyasi xarakterli reklamlar yerləşdirdiyi qənaətindədirlər.

HTML tutorial

Komissiyanın sədri, deputat Vasili Piskaryov jurnalistlərlə söhbətinə xəbəri təsdiq edib. Lakin “Google” və “Facebook” tərəfindən hər hansı reaksiya gəlməyib.

Bundan daha öncə “Google”nin mətbuat xidməti şirkətin siyasi gündəminin olmadığı və Rusiya qanunvericiliyinə uyğun hərəkət etdiklərini bildirmişdi.

Qeyd olunur ki, komissiyanın ötən iclaslarının birində Almaniyanın “Deutsche Welle” media holdinqinin rəhbərliyi də dəvət olunub, lakin şirkət həmin çağırışa məhəl qoymayıb.

“Deutsche Welle”in nümayəndəsi Yohannes Hoffman yalnız Almaniyanın nəzarət orqanları qarşısında cavab verəcəklərini, Duma komissiyasında iştirak üçün heç bir hüquqi əsas görmədiklərini bildirib.

Dövlət Dumasının xarici ölkələrin “Rusiyanın daxili işlərinə qarışması faktlarının araşdırılması komissiyası”nın iclasları qapalı keçirilir və burada qanunverici orqanın təmsilçilərindən başqa Baş prokurorluğun və Xarici işlər nazirliyinin nümayəndələri də iştirak edirlər.

 

 

Gununsesi.org