“Google” şirkəti ABŞ Müdafiə Nazirliyi ilə məxfi məlumatların işlənməsi üçün süni intellekt modellərinin təqdim olunmasına dair razılaşma əldə edib.
Gununsesi.info “The Information” istinadla xəbər verir ki, müqaviləyə əsasən, bu texnologiyalar daxili kütləvi nəzarət və ya insan nəzarəti olmadan avtonom silahların yaradılması üçün istifadə edilə bilməz.
Şirkət bildirib ki, həm məxfi, həm də açıq layihələrdə dövlət qurumları ilə əməkdaşlıq edir.












